BAKI, 11 iyun. TELEQRAF

Qazaxıstan Senatının plenar iclasında “Qazaxıstan hökuməti ilə Özbəkistan hökuməti arasında Qazaxıstan-Özbəkistan dövlət sərhədi rejimi haqqında Sazişin təsdiq edilməsi haqqında” Qanun təsdiq edilib.

Teleqraf xəbər verir ki, saziş iki ölkənin xarici işlər nazirləri tərəfindən 2024-cü il avqustun 8-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Astanaya rəsmi səfəri zamanı imzalanıb.

Sənəd Qazaxıstan-Özbəkistan dövlət sərhədinin demarkasiyası prosesi başa çatdıqdan sonra hazırlanıb.