BAKI, 10 iyun. TELEQRAF
Qırğızıstanın energetika naziri Taalaybek İbrayev tutduğu vəzifədən azad edilib.
Teleqraf xəbər verir ki, bu barədə ölkə Prezidentinin administrasiyasının mətbuat xidmətinin məlumatında bildirilib.
Energetika nazirinin səlahiyyətlərini nazir müavini Altınbek Rısbekov icra edəcək.
Qeyd edək ki, T.İbrayev 2022-ci ildən bu vəzifəyə rəhbərlik edirdi. Onun istefasının səbəbləri barədə açıqlama verilməyib.