BAKI, 9 iyun. TELEQRAF
Qırğızıstan rəsmi olaraq Avropa İttifaqının (Aİ) aviasiya üzrə qara siyahısından çıxarılıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Anna-Kaysa İtkonen bildirib.
“Bu yeniləmədən sonra Qırğızıstanda sertifikatlaşdırılmış bütün aviaşirkətlər qara siyahıdan çıxarılıb”, - o bildirib.
Qırğızıstan Hava Yolları Şirkətinin məlumatına görə, bu qərar mülki aviasiya sistemində aparılan islahatlar və uçuş təhlükəsizliyini artırmaq üçün uzun illər görülən işlərin nəticəsidir.
Xatırladaq ki, Qırğızıstan 2006-cı ildən bəri Aİ-nin müvafiq qara siyahısında idi.