BAKI, 5 iyun. TELEQRAF
“Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində iştirak etmir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
Kreml rəsmisi bildirib ki, Ermənistan uzun müddətdir KTMT-dəki fəaliyyətini dayandırıb.
Dmitri Peskov həmçinin Avrasiya İqtisadi Birliyinə (AİB) inteqrasiyanın İrəvan üçün daha əhəmiyyətli və sərfəli yol olduğunu iddia edib. Kremlin sözçüsü Rusiya Prezidenti Vladimir Putinin mövqeyini xatırladaraq qeyd edib ki, ermənilər üçün yaxşı olan şey Moskva üçün də yaxşıdır.