BAKI, 26 may. TELEQRAF

“Müstəqil Dövlətlər Birliyi (MDB) rəngli inqilablar da daxil olmaqla, xarici aktorların onu parçalamaq cəhdləri ilə üzləşib”.

Teleqraf xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev bildirib.

“MDB qlobal çağırışların və problemlərin bütün təsirini hiss edir. Xüsusilə, qlobal iqtisadiyyatdakı mənfi tendensiyalar və xarici oyunçuların birliyi parçalamaq üçün rəqabət meydanına çevirmək səyləri, o cümlədən rəngli inqilablar cəhdləri birgə fəaliyyətimizə mənfi təsir göstərir. Buna misal olaraq Gürcüstanın MDB-dən, Moldovanın MDB-nin təsis sənədlərindən çıxmasını və Ukraynanın hazırkı mövqeyini göstərmək olar”, - o qeyd edib.