BAKI, 20 may. TELEQRAF
“Yaxın Şərq və Bəsrə körfəzində vəziyyət müharibə ilə sülh arasında kritik nöqtədədir, təcili düşmənçiliyə son qoymaq lazımdır”.
Teleqraf xəbər verir ki, bunu Çin Sədri Si Cinpin Pekində Rusiya Prezidenti Vladimir Putinlə İran böhranı barədə danışarkən deyib.
“Yaxın Şərq və Bəsrə körfəzi bölgəsində vəziyyət müharibə ilə sülh arasında kritik nöqtədədir. Hərbi əməliyyatların mümkün qədər tez tam dayandırılması vacibdir, müharibənin yenidən başlaması qəbuledilməzdir. Danışıqların aparılması xüsusilə vacibdir. Münaqişənin dərhal sona çatması enerji təchizatının sabitliyinə, istehsal və logistika zəncirlərinin davamlılığına və beynəlxalq ticarət qaydasına mənfi təsirin azaldılmasına kömək edəcək”, - Çin lideri vurğulayıb.