NAXÇIVAN, 25 oktyabr. TELEQRAF

Naxçıvan-Şahbuz magistralında yol qəzası olub, xəsarət alanlar var.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Babək rayonunun Vayxır kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı iki avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Xəsarət alanlar - 2004-cü il təvəllüdlü Hacıyeva Sevinc Namiq qızı, 1985-ci il təvəllüdlü Hacıyeva Gülnar Yusif qızı, 1986-cı il təvəllüdlü Abbasova Gülay Taptıq qızı, 1982-ci il təvəllüdlü Hacıyev Namiq Nəbi oğlu, 2017-ci il təvəllüdlü Nağıyev İsa Asəf oğlu və 2003-cü il təvəllüdlü Nağıyev Cəmil Asəf oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.