BAKI, 19 may. TELEQRAF

Qırğızıstan təhsil naziri Doğdurkul Kendirbayevanın istefası tələb edən petisiya Change.org saytında dərc olunub.

Teleqraf xəbər verir ki, petisiyanın müəllifi Tursunbay İsmayılovdur.

“Qırğızıstanın təhsil sistemindəki mövcud vəziyyətdən narahatam, artıq təhsil sistemimizin bərbad vəziyyətə düşməsini seyr edə bilmirəm. Məktəblərdə müasir tədris vəsaitləri və avadanlıqlarının, eləcə də ixtisaslı müəllimlərin ciddi çatışmazlığı var. Bu problemlər idman zallarının bağlanması ilə daha da ağırlaşır ki, bu da öz növbəsində şagirdlərə layiqli təhsil verməkdə çətinlik çəkən müəllimlərimizin gəlirlərinin azalmasına səbəb olub”, - müəllif qeyd edib.

İsmayılovun fikrincə, Doğdurkul Kendirbayeva ölkənin təhsil sistemini ciddi böhrana doğru aparır, Prezident Sadır Japarovun yürütdüyü kursu pozur.

“Mövcud siyasətin nəticələri artıq hiss olunur, dövlətimizin gələcəyi üçün fəlakətli ola bilər. Uşaqlarımızın təhsilin prioritet olmadığı və istedadlıların qiymətləndirmədiyi ölkədə böyüməsinə icazə verə bilmərik. Qırğızıstan Prezidentini və hökuməti bu təcili məsələləri həll etməyə və nazir Doğdurkul Kendirbayevanın istefasını ciddi şəkildə nəzərdən keçirməyə çağırıram”.

Hazırda petisiyada təxminən 150 təsdiqlənmiş imza var.

Doğdurkul Kendirbayeva 2025-ci ilin may ayında təhsil naziri təyin edilib.