BAKI, 15 may. TELEQRAF
Talqat Aşirbekov Qırğızıstanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyası məlumat yayıb.
Müvafiq fərman Prezident Sadır Japarov tərəfindən imzalanıb.
2025-ci il dekabrın 15-də dövlət başçısının fərmanı ilə Qahirədə Qırğızıstan səfirliyi təsis edilib. Talqat Aşirbekov Qırğızıstanın Misirdə diplomatik nümayəndəliyinin açılmasından sonra bu ölkədəki ilk səfiri olub.
Aşirbekov bundan əvvəl Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdir müavini vəzifəsində çalışıb.