BAKI, 30 aprel. TELEQRAF

“Rusiyanın yalnız iki müttəfiqi var – ordu və donanma”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ölkəsinin Qərblə münasibətlərdən danışarkən deyib.

“Qonşularımızla, Qərb dünyası ilə münasibətlərimizə çəhrayı eynəklə baxdıq. Hadisələrin gedişi mənim və ölkəmizdəki çox sayda insanın bəzi illüziyalarını təkzib etdi. III Aleksandrın Rusiyanın yalnız iki müttəfiqinin olması barədə məşhur sözləri öz təsdiqini tapdı. Bu müttəfiqlərin kim olduğunu çox yaxşı xatırlayırsınız - ordu və donanma”, - o bildirib.

Dmitri Medvedev Qərbi Rusiyanı parçalamağa çalımaqda ittiham edib:

“Avropalılar Rusiya dövlətinin dağılmasını istəyirlər. Bu, Qərbin, xüsusilə Avropanın siyasətində əsas tendensiyaya çevrilib”.