BAKI, 21 aprel. TELEQRAF
“Rusiya qələbələrə xalqının birliyi sayəsində nail olur, bu dəfə də belə olacaq”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Böyük Vətən müharibəsi (İkinci Dünya müharibəsi – red.) zamanı bütün arxa cəbhə ön cəbhə - əsgərlərimiz və müdafiəçilərimiz üçün çalışırdı. Onlar ancaq tanklar, təyyarələr, toplar və mərmilər istehsal etmirdilər. Böyük Vətən müharibəsinin ən ağır - 1941-1942-ci illərin şaxtalı aylarında, bu gün olduğu kimi, uşaqlar, nənələr və qadınlar corab toxuyur, cəbhəyə bağlamalar və hədiyyələr göndərirdilər. Bəs niyə Almaniyada da eyni şeyi etmədilər? Onların əsgərləri Moskva yaxınlığında donub öldülər, Almaniyadan bir corab da göndərilmədi.
Qələbələrimizin uğuru məhz bu birlikdir. İndi də (Ukraynada da – red.) belə olacaq”, - Rusiya lideri qeyd edib.