BAKI, 2 aprel. TELEQRAF

Qazaxıstan və Rusiyanın Nəqliyyat nazirlikləri pilotsuz nəqliyyat və rəqəmsal texnologiyaların inkişafı üzrə əməkdaşlıq memorandumu imzalayıblar.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat verib.

Sənəd nəqliyyat sənayesinin rəqəmsallaşdırılması, pilotsuz texnologiyaların tətbiqi və elektron icazələrə və göndərmə sənədlərinə keçid üzrə əməkdaşlığı tənzimləyir. Tərəflər təcrübə və məlumat mübadiləsi aparmağı, birgə tədbirlər təşkil etməyi və müasir rəqəmsal texnologiyalarla işləmək üçün mütəxəssislər hazırlamağı planlaşdırırlar.