BAKI, 25 mart. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko Pxenyanda Şimali Koreya Sədri Kim Çen Inla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.

Qarşılanma mərasimi Şimali Koreyanın qurucu liderinin adını daşıyan və 1954-cü ildə açılan Kim İr Sen meydanında keçirilib. Bu, ölkənin əsas meydanı və Pxenyanın simvollarından biridir. 100 000 nəfərə qədər insanı qəbul edə bilər və hərbi paradlar, milli bayramlar və digər ictimai tədbirlərin keçirildiyi məkandır.

Qarşılanma mərasimində toplardan atəş açılıb və iki ölkənin dövlət himnləri səsləndirilib.

Xatırladaq ki, Aleksandr Lukaşenko martın 25-də iki günlük rəsmi səfərlə Pxenyana gəlib.