BAKI, 25 mart. TELEQRAF
Qırğızıstan xarici işlər naziri Jenbek Kulubayev Bişkekdə ATƏT baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə Qırğızıstanla ATƏT arasında təhlükəsizliyin üç ölçüsü - hərbi-siyasi, iqtisadi-ekoloji və humanitar sahələr üzrə əməkdaşlıq məsələləri geniş müzakirə olunub.
Tərəflər əməkdaşlığın mövcud səviyyəsini məmnunluqla qeyd ediblər.
Tərəflər ATƏT-in Bişkek Akademiyasının fəaliyyətinin dəstəklənməsi və genişləndirilməsinə qarşılıqlı hazır olduqlarını bildiriblər.
Regional gündəlikdəki məsələlər, xüsusilə Mərkəzi Asiyada inteqrasiya prosesləri, bölgə ölkələrinin qarşısında duran təhlükəsizlik çağırışları və risklər, onların həlli üçün ATƏT-in mövcud alət və mexanizmlərindən istifadə imkanları da müzakirə olunub.