BAKI, 25 mart. TELEQRAF

Pxenyan və Minsk Belarus Prezidenti Aleksandr Lukaşenkonun Pxenyana rəsmi səfəri zamanı dostluq və əməkdaşlıq müqaviləsi imzalamaq niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Belarus xarici işlər naziri Maksim Rıjenkov bildirib.

“Koreya ilə bağlı ən böyük marağımız dostluq və tərəfdaşlığa əsaslanan münasibətlərin gücləndirilməsidir. Orada bizim dostlarımız var, bizi gözləyirlər. Biz də onları Belarusda gözləyirik. Münasibətlərimizi daha fəal şəkildə inkişaf etdirməyin vaxtı gəlib çatıb. Həm Belarus, həm də Koreya üçün maraq doğuran bir sıra sahələr var. Bunların hamısı liderlərimizin imzalayacağı müvafiq dostluq müqaviləsində öz əksini tapıb. Bu müqaviləyə əsasən, müvafiq nazirliklər və qurumlar arasında əlaqələri inkişaf etdirəcəyik”, - o qeyd edib.

Xatırladaq ki, Aleksandr Lukaşenko Şimali Koreya Sədri Kim Çen Inın dəvəti ilə iki günlük proqramla Pxenyanda rəsmi səfərdədir.