BAKI, 19 fevral. TELEQRAF

“Rusiya keçmiş sovet ölkələri ilə öz arasında ayırıcı xətlər yaratmır, onların suverenliyinə hörmət edir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

“Əgər “sərhəd” dedikdə Sovet İttifaqının dağılmasından sonra onun keçmiş respublikalarının suveren və müstəqil dövlətlərə çevrilməsi nəzərdə tutulursa, onda bəli, biz qonşu ölkələrə məhz bu baxış bucağından yanaşırıq. Bu baxımdan, biz həmin dövlətlərin suverenliyinə tam hörmət edirik və əksər ölkələrlə müttəfiqlik və tərəfdaşlıq münasibətlərini bərabərlik prinsipi əsasında inkişaf etdiririk”, - o vurğulayıb.

Qaluzin iddia edib ki, vaxtilə SSRİ-nin tərkibində olan, amma Qərblə ehtiyatsız yaxınlaşma yolunu seçən, suverenlik və müstəqilliyini ona təslim edən dövlətlər tərəfindən Rusiyanın maraqlarına ciddi təhlükələr var.