BAKI, 18 yanvar. TELEQRAF
Çinin şimalında, Daxili Monqolustan Muxtar Rayonunda yerləşən zavodlardan birində güclü partlayış baş verib.
Teleqraf xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Hadisə yerli vaxtla saat 15:00 radələrində Baotou şəhərində qeydə alınıb.
Məlumata görə, partlayışın şiddəti o qədər güclü olub ki, yaranan sarsıntı ətraf yaşayış məntəqələrində də hiss edilib.
Hələlik ölən və yaralananlar barədə rəsmi məlumat verilməyib. Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.