BAKI, 23 dekabr. TELEQRAF

Yaponiya hökuməti Qırğızıstana 6 845 milyard yapon yeni (təxminən 44 milyon ABŞ dolları) həcmində qrant ayıracaq.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan KİV məlumat yayıb.

Bişkekdə Yaponiyanın Qırğızıstandakı səfiri Xirano Ryuiçi və Qırğızıstan maliyyə naziri Almaz Baketayev arasında dörd qrant layihəsi üzrə sənədlər imzalanıb.

Sənədlər enerji, nəqliyyat infrastrukturu, səhiyyə və insan kapitalının inkişafı sahələrində əsas layihələrin həyata keçirilməsinə yönəlib.

İkitərəfli razılaşmaya Bişkek-Oş magistralı üzərində yerləşən Narın çayı körpüsünün bərpası layihəsi də daxildir. Layihənin məqsədi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə nəqliyyat əlaqələrini gücləndirməkdir. Layihənin həyata keçirilməsi üçün 3 19 milyard yapon yeni (20 milyon dollar) ayrılacaq.