BAKI, 16 dekabr. TELEQRAF
Qazaxıstan məhkəməsi 16 yaşlı rusiyalı yeniyetmə Timur Turkovun deportasiya edilməsi barədə qərar qəbul edib.
Teleqraf xəbər verir ki, o, müharibə əleyhinə baxışlarına görə Rusiyadan qaçıb və sərhədi piyada keçib.
Timur Qazaxıstanda “sərhədi qanunsuz keçməkdə” ittiham olunub və beş il müddətinə ölkəyə girişi qadağan olunub.
Məlumata görə, yeniyetmə Rusiyada 6 ay azadlıqdan məhrum ediləcək.
Timur Qazaxıstan Rusiyaya qayıtsa, küçədə oğurlanacağı və ya öldürüləcəyindən qorxduğunu söyləyib:
“Siyasi oriyentasiyama görə qayıtmaq istəmirəm. Rusiyada hər şey məhdudlaşdırılır: azad və müstəqil media məhdudlaşdırılır, insanlar üzərində total nəzarət tətbiq olunur”.
Qazaxıstanın “Uralskaya Nedelya” qəzetinin yazdığına görə, yeniyetmə Rusiyanın siyasi istiqaməti ilə razılaşmadığı və 18 yaşına çatanda müharibəyə göndəriləcəyindən qorxduğu üçün qaçqın statusu almaq məqsədilə sentyabrda Qazaxıstana gəlsə də, bu niyyəti baş tutmayıb.