BAKI, 11 dekabr. TELEQRAF
“İran və Qazaxıstan arasında mədəni-mənəvi əlaqələrin tarixi çox qədimlərə gedib çıxır. Hətta Böyük İpək Yolu dövründə də əlaqələrimiz olub. Qazaxıstan müstəqillik qazanmazdan əvvəl də əlaqələrimiz kəsilməmişdi”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Astanda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşündə deyib.
O iddia edib ki, İran qonşu müsəlman dövlətləri ilə əməkdaşlığı inkişaf etdirir: “Onların arasında Qazaxıstan bizim üçün çox vacib dövlətdir”.
Pezeşkian qeyd edib ki, Qazaxıstan və İran bir çox beynəlxalq və regional məsələlərdə oxşar baxışlara malikdir:
“Bu il Qazaxıstanla ticarət dövriyyəsi 40 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Amma ticarət sahəsində daha böyük nailiyyətlər əldə edə bilərik. Son görüşümüzdə ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq barədə razılığa gəldik və bu yolda işimizi davam etdirməliyik”.