BAKI, 9 dekabr. TELEQRAF
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov BMT baş katibinin xüsusi nümayəndəsi Kaxa İmnadze ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan KİV məlumat yayıb.
Görüşdə Türkmənistanın neytral xarici siyasəti və ölkənin daimi neytrallığının 30-cu ildönümü ilə əlaqədar görülən işlər və keçiriləcək beynəlxalq tədbir müzakirə olunub.
Qurbanqulu Berdiməhəmmədov Türkmənistanın sülh, qabaqlayıcı diplomatiya, enerji təhlükəsizliyi, nəqliyyat və tranzit dəhlizlərinin inkişafı, ətraf mühit sahələrindəki təşəbbüslərini xatırladıb. Türkmənistan lideri beynəlxalq ictimaiyyətdən geniş dəstək aldıqlarını qeyd edib.