BAKI, 3 dekabr. TELEQRAF
Avropa İttifaqı Mərkəzi Asiyada ekspansiya cəhdləri etmir və regionda Rusiya ilə Çinin mövcudluğunu anlayır.
Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stiprays bildirib.
“Birbaşa qonşu deyilik və bizi Mərkəzi Asiya ölkələri hesabına hansısa ekspansiya cəhdlərində - istər siyasi, istərsə də iqtisadi genişlənmədə ittiham etmək çox çətindir. Düşünürəm ki, münasibətlərimiz tamamilə qarşılıqlı faydaya əsaslanır. Həmçinin, başa düşürük ki, burada digər tərəfdaşlar, oyunçular da mövcuddur. Bunlar Çin və Rusiya Federasiyasıdır”, - diplomat Qazaxıstanın “KazTag” agentliyinə müsahibəsində deyib.
Stipraisin sözlərinə görə, Avropa İttifaqının Mərkəzi Asiyaya marağı ondan ibarətdir ki, region sabit inkişaf etsin, sülh və rifah hakim olsun: “Çünki bu, birbaşa olaraq bizim təhlükəsizliyimizlə bağlı məsələlərə təsir edir”.