BAKI, 27 noyabr. TELEQRAF
Qazaxıstan səhiyyə naziri Akmaral Alnazarova Astana-Alma-Ata reysi ilə eyni təyyarədə getdiyi sərnişinə tibbi yardım göstərib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.
“Səhiyyə naziri halı pisləşən qadının təzyiqini ölçüb, lazımi dərmanlar verib və vəziyyətini izləyib. Alnazarova sərnişinə bir şüşə su da verib”, - məlumatda deyilir.