BAKI, 27 noyabr. TELEQRAF

Qazaxıstandan Özbəkistana üç yeni hava marşrutu açılacaq

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qərara əsasən, ekabrın 1-dən etibarən SCAT Hava Yolları Türküstan - Buxara, Türküstan - Ürgənc və Türküstan - Səmərqənd marşrutları üzrə müntəzəm uçuşlar həyata keçirəcək.

Uçuşlar hər marşrut üzrə həftədə üç dəfə olacaq.