BAKI, 25 noyabr. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Kasım-Jomart Tokayev bildirib ki, Qazaxıstan Türkmənistanı strateji tərəfdaş, qardaş dövlət, ən yaxın sərhəd qonşusu hesab edir.
“Ölkəmiz Türkmənistanı strateji tərəfdaş, qardaş dövlət, ən yaxın sərhəd qonşusu hesab edir. Bizi çoxəsrlik dostluq, ortaq tarix, dil və mədəniyyət birləşdirir. Dövlətlərimiz arasında ticarət, iqtisadi inteqrasiyanın digər formaları, mədəni-humanitar əlaqələr sürətlə inkişaf edir. İki ölkə arasında tərəfdaşlığın miqyası və keyfiyyətindən razı olduğumuzu söyləməyə əsas var. Bu əməkdaşlıq strateji xarakter daşıyır. Bununla belə, irəliyə doğru addım atmaq lazımdır. Gündəlikdə çox mühüm məsələlər var. Düşünürəm ki, bu gün biz onların həll yollarını birlikdə tapacağıq”.
Serdar Berdiməhəmmədov qeyd edib ki, Türkmənistanla Qazaxıstan arasında münasibətlər dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf edir: “Qarşılıqlı fəaliyyətimiz siyasi-diplomatik, ticari-iqtisadi və mədəni-humanitar sahələri əhatə edir”.