BAKI, 21 noyabr. TELEQRAF
“İnanırıq ki, bu səfər iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafına böyük təkan verəcək”.
Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə deyib.
“Sizin səfəriniz çox önəmlidir. İnanırıq ki, bu, iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafına böyük təkan verəcək. Bu, Qazaxıstana ilk səfərinizdir. Əslində, qazax xalqı erməni xalqı, onun tarixi, adət-ənənələri və mədəniyyətinə böyük hörmətlə yanaşır. Səfər zamanı bir sıra mühüm sazişlər imzalanacaq”, - Tokayev bildirib.
Nikol Paşinyan da qeyd edib ki, bu səfər ikitərəfli münasibətlərə yeni təkan verəcək:
“Sizin ötən il Ermənistana rəsmi səfərinizlə iki ölkə arasında əməkdaşlığın yeni mərhələsi başladı. Nəticədə mühüm müqavilələr imzalandı. Onların bir qismi icra olunub, qalanları isə icra mərhələsindədir”.