BAKI, 20 noyabr. TELEQRAF

Qırğızıstan Respublikasının Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyası növbədənkənar parlament seçkiləri üçün əlavə 251 beynəlxalq müşahidəçini akkreditə edib.

Teleqraf xəbər verir ki, bununla seçkiləri izləyəcək beynəlxalq müşahidəçilərin sayı 378-ə çatıb.

Qırğızıstan Prezidenti Sadır Japarovun 30 sentyabr tarixli fərmanı ilə növbədənkənar seçkilərinin 2025-ci il noyabrın 30-da keçirilməsi təsdiq olunub

Qırğızıstanda keçiriləcək parlament seçkilərində 467 namizəd qeydiyyatdan keçib.

Noyabrın 10-da Qırğızıstanda Joqorku Keneş deputatlarının növbədənkənar seçkiləri ilə bağlı təşviqat prosesi başlayıb, noyabrın 29-da başa çatacaq.

Qırğızıstanda qarşıdan gələn növbədənkənar parlament seçkiləri zamanı ictimai asayişin qorunması üçün 10 mindən çox hüquq-mühafizə orqanı əməkdaşı səfərbər olunacaq.