BAKI, 14 noyabr. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qərarı ilə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində imzalanmış ətraf mühitin mühafizəsi haqqında saziş ratifikasiya olunub.
Teleqraf xəbər verir ki, saziş 2024-cü il iyulun 4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının iclası çərçivəsində imzalanıb.
Qərara əsasən, Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişiklikləri Nazirliyi bu beynəlxalq müqavilənin həyata keçirilməsinə cavabdeh olan səlahiyyətli orqan təyin edilib.
Nazirlər Kabineti, aidiyyəti nazirlik və qurumların rəhbərlərinə də beynəlxalq müqavilənin qüvvəyə minməsindən sonra onun müddəalarının icrasını təmin etmək və icrasına nəzarət etmək tapşırılıb.