BAKI, 13 noyabr. TELEQRAF

Qırğızıstan Baş naziri Adılbek Kasıməliyev Qazaxıstanın paytaxtı Astana şəhərinə işgüzar səfərə gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Baş nazir səfəri çərçivəsində Qırğızıstan-Qazaxıstan Hökumətlərarası Şurasının məhdud və geniş tərkibdə keçiriləcək 13-cü iclasında iştirak edəcək. Tərəflərin ikitərəfli əməkdaşlıq, ticari-iqtisadi əlaqələr, birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə edəcəyi gözlənilir.