BAKI, 8 noyabr. TELEQRAF

Qırğızıstanın Mərkəzi Seçki Komissiyası (MSK) yeni Joqorku Keneş (parlament) üzvlüyünə namizədlərin qeydiyyatını başa çatdırıb.

Teleqraf xəbər verir ki, bu barədə MSK məlumat yayıb.

“Qırğızıstan Respublikasının Mərkəzi Seçki Komissiyası deputatlığa namizədlərin qeydiyyatını başa çatdırıb, ümumilikdə 467 namizəd qeydə alınıb”, - MSK-nın saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd edilir ki, 30 seçki dairəsi üzrə ümumilikdə 276 kişi və 191 qadın namizəd qeydə alınıb.

Noyabrın 30-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Respublika tarixində ilk dəfə olaraq hər bir dairə qanunverici orqanda üç yerə malik olmaqla 30 seçki dairəsi üzrə deputatlar seçiləcək.