BAKI, 17 oktyabr. TELEQRAF
Türkmənistanın Türkiyədəki (İstanbul) baş konsulu Övəzgəldi Cumanazarov Türkiyə Xarici İşlər Nazirliyinin Konsulluq Xidmətləri Baş İdarəsinin direktoru Gülsun Erkula konsulluq patentini təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə tərəflər Türkmənistan və Türkiyə arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, siyasi, diplomatik, ticari-iqtisadi və mədəni əlaqələrin dinamik inkişafından məmnunluq ifadə ediblər.
Diplomatlar iki dost ölkə arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində səylərini davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.