BAKI, 11 oktyabr. TELEQRAF

Əfqanıstanın Taliban hərəkatı bu gün Pakistanın şimal-qərbində bir neçə rayonda 20 təhlükəsizlik əməkdaşının və üç mülki şəxsin ölümünə səbəb olan hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Teleqraf xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

"Taliban hərəkatı bu gün bir neçə şimal-qərb rayonlarında 20 təhlükəsizlik əməkdaşı və üç mülki şəxsin ölümünə səbəb olan hücumlara görə məsuliyyəti öz üzərinə götürüb", - hesabatda deyilir.

Hücumlar cümə günü Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva əyalətinin bir neçə bölgəsində baş verib.