BAKI, 7 oktyabr. TELEQRAF
Türkmənistanın Türkiyəyə yeni təyin olunmuş baş konsulu Övəzgəldi Cumanazarov İstanbulda Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ayşe Sözen Uluyer ilə görüşüb.
Teleqraf xəbər verir ki, tərəflər Türkmənistan-Türkiyə əməkdaşlığının hazırkı vəziyyətini və perspektivlərini müzakirə edərək, ticari-iqtisadi, mədəni-humanitar əlaqələrə diqqət yetiriblər.
Türkmənistan tərəfi yüksək səviyyəli qarşılıqlı fəaliyyətə görə minnətdarlığını bildirib, Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi konstruktiv dialoqu davam etdirməyə və birgə layihələrin həyata keçirilməsinə hazır olduğunu təsdiqləyib.