BAKI, 3 oktyabr. TELEQRAF
“Biz əvvəlki hakimiyyətin buraxdığı səhvləri təkrar etməyəcəyik”.
Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev noyabrın 30-da ölkədə keçiriləcək növbədənkənar parlament seçkiləri barədə danışarkən deyib.
“Əvvəlki hakimiyyətin səhvlərini təkrar etməyəcəyik. Bəli, bizə xeyir-dua verirdilər. Bəs bizə xeyir-dua verən o rəhbərlər indi haradadır? Məgər tez-tez baş verən hakimiyyət dəyişiklikləri, inqilablar buna görə deyildimi? Bir vərdişdən qurtulmaq çətindir. Amma biz biz təmiz seçkilər keçirmək üçün çox iş görmüşük. Ötən illərdə bir çox seçkilərdə də iştirak etmişik və çox əziyyətlər çəkmişik. Bu gün seçicilərin maraqları birincidir”, - komitə rəhbəri bildirib.
K.Taşiyev həmçinin seçkilərin monitorinqinin gücləndiriləcəyini və qanun pozuntularına yol verilməyəcəyini vurğulayıb.