BAKI, 2 oktyabr. TELEQRAF

“Hakimiyyət ədalətli seçkilərin keçirilməsi üçün hər cür şərait yaradıb”.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Sadır Japarov deyib.

Dövlət başçısı qeyd edib ki, xalq layiqli deputatların seçilməsinə öz töhfəsini verməlidir:

“Təbliğat-təşviqat kampaniyası və səsvermə müddətində hüquq-mühafizə orqanları və aidiyyəti dövlət orqanları tərəfindən qanun pozuntuları aşkar edilərsə, araşdırma aparılacaq. Hər birinizin əlində kamera var, kiminsə əlavə bülleten atdığını və ya səsini satdığını görsəniz, çəkin.

Qanunu pozanlara ayıb olsun. Gəlin hər birimiz yaxın tariximizdə heç vaxt olmadığı qədər təmiz seçkilərin keçirilməsinə öz töhfəmizi verək. Vətəndaş fəallığınızı göstərin. Təmiz seçkilərin keçirilməsində yeganə problem bu səs alqı-satqısıdır. Bunu aradan qaldırsaq, başqa problem olmayacaq”, - dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, Qırğızıstanda növbədənkənar parlament seçkiləri noyabrın 30-da keçiriləcək.