BAKI, 2 oktyabr. TELEQRAF

Özbəkistan parlamentinin sədri Tənzilə Narbayeva İran-Özbəkistan Parlamentlərarası dostluq qrupunun sədri Cavad Nikbin ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə təhlükəsizlik, ticarət-iqtisadiyyat, investisiya, nəqliyyat, turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin, bu sahələrdə dövlət və hökumət başçıları arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinin parlamentin ciddi nəzarəti altında aparılmasının vacibliyi bildirilib.

Həmçinin İranla tibb və nanotexnologiya sahələrində təcrübə mübadiləsi, Özbəkistanın dənizə çıxışını təmin etmək üçün İran limanlarından istifadə imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Özbəkistanın və İranın regionları arasında mədəni, humanitar, iqtisadi və sosial sahələrdə regionlararası əlaqələrin qurulması məsələləri də müzakirə olunub.

Görüşün sonunda gələcək planların və layihələrin həyata keçirilməsində əməkdaşlığın daha da gücləndirilməsi barədə razılıq əldə edilib.