BAKI, 30 sentyabr. TELEQRAF

Qırğızıstanda növbədənkənar parlament seçkiləri 2025-ci il noyabrın 30-na təyin edilib.

Teleqraf xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov “Qırğızıstan Respublikasının Joqorku Keneş deputatlarına növbədənkənar seçkilərin təyin edilməsi haqqında” fərman imzalayıb.

Qeyd edək ki, bundan əvvəl Qırğızıstan parlamenti özünü buraxmaq haqqında qərar qəbul etmişdi.