BAKI, 17 mart. TELEQRAF

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu gün Tacikistanın Xatlon vilayətində martın 20-dək davam edəcək kollektiv təlimlərə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə KTMT-nin Baş Qərargahının sözçüsü Vladislav Şeqrikoviç məlumat verib.

Təlimlər Baş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukovun komandanlığı altında keçirilir.

Ermənistan təlimlərdə iştirak etmir. İrəvan ötən ilin fevralından KTMT-dəki fəaliyyətini dondurub.