"Ölkədə fəaliyyət göstərən iki kino ittifaqı - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Azərbaycan Kinematoqrafçılar İttifaqı - ictimai təşkilatdır və hər ikisinin 300-ə qədər üzvü var. İttifaqların birləşməsi onların üzvlərindən asılıdır. Birləşmək istəsələr, birləşəcəklər".
Teleqraf.com xəbər verir ki, bunu Film Fondunun direktoru, eyni zamanda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icra katibi Cəmil Quliyev "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda “Yaradıcılıq. Müasir Azərbaycan kinosunun perspektivləri” adlı paneldə ona ünvanlanan suala cavab olaraq deyib.
Qeyd edək ki, bu gün Bakıda Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino Forumu işə başlayıb. Forum iki gün davam edəcək.