Bu gün xalq artisti, görkəmli teatr rejissoru, aktyoru və pedaqoq Tofiq Kazımovun 100 illik yubileyidir.
Teleqraf.com xəbər verir ki, bu münasibətlə Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının nümayəndələri sənətkarın qəbrini ziyarət ediblər.
Tədbirdə çıxış edənlər onun həyat və yaradıcılığı haqqında danışıb, sənətkarın xatirəsini yad ediblər.