BAKI, 1 oktyabr. TELEQRAF

Qadınların səlahiyyətləndirilməsi yalnız gender siyasəti deyil.

Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Bakıda keçirilən "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda Media Forumunda birinci panel sessiyada deyib.

O bildirib ki, bu, eyni zamanda iqtisadi inkişafın, sosial dayanıqlığın və gələcəyə yönəlmiş innovativ siyasətin mühüm komponentlərindəndir.

"AQEM çərçivəsində Qadınlar Şurası AQEM çərçivəsində dövlətlərarası qadın hüquqlarının həyata keçirilməsi ilə bağlı, qadınların iqtisadi və ümumiyyətlə səlahiyyətləndirilməsi istiqamətində təcrübə mübadiləsinin həyata keçirilməsinə imkan yaradır. Həmçinin müxtəlif ekspertlərin bu istiqamətdə öz fikirini söyləməsi baxımından böyük bir, platformaya çevrilən bir təşkilat yaradılıb. Bu istiqamətdhər bir AQEM təşkilatına üzv dövlətlərdə qadın hüquqlarının həyata keçirilməsi ilə yanaşı, qadınların inkişafı və iştirakçılığı ilə bağlı müxtəlif təcrübələr var. Həmçinin müxtəlif problemlər də var", - o vurğulayıb.