Ağır xəstə olan danimarkalı rejissor Lars fon Trier məlumat bazası yaradır.
Teleqraf.com xəbər verir ki, rejissor bu haqda İtaliyanın "Corriere" qəzetinə müsahibəsində deyib.
Parkinson xəstəliyindən əziyyət çəkən Trier deyir ki, o, kino sənayesindəki təcrübəsinin "məlumat bazası"nı qurur:
“İdeya ondan ibarətdir ki, kino ilə məşğul olan və ya onunla məşğul olmaq istəyən hər kəs bu baza ilə məsləhətləşə bilər. Çox şanslı idim: istədiyimi istədiyim zaman edə bildim. İndi də təcrübəmi bölüşməyi özümə borc bilirəm”.
O, kino ilə məşğul olmağa davam edəcəyini bildirib:
"Çünki bu mənim bildiyim yeganə peşədir, işdir. Həyatımın bu nöqtəsində mən hədsiz tənhayam. Mən həmişə təkliyin güc olduğuna inanmışam, amma bunun nə qədər ağrılı olduğunu da etiraf etməliyəm”.