Rusiyalı rejissor, RSFSR xalq artisti Nikita Mixalkov koronavirusa yoluxaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, ilkin olaraq 77 yaşlı sənətçi 67 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Onun reanimasiya qrupunun köməyi ilə başqa xəstəxanaya aparıldığı bildirilir. Mixalkova koronavirus pnevmoniyası diaqnozu qoyulub.