Britaniyalı aktyor Entoni Hopkins 47 yaşını qeyd edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, aktyor sosial şəbəkə hesabında alkoqolizmlə mübarizə təcrübəsi barədə yazıb.

“Mən sağalmaqda olan alkoqolikəm. Və bilirəm ki, bununla mübarizə aparan çox sayda insan var. Sizə deyirəm: özünüzə qarşı mehriban olun. Xahiş edirəm. Sizi incidən insanlardan uzaq olun. Həyatınızı yaşayın. Həyatınızla fəxr edin”, - aktyor bildirib.

O bildirib ki, 47 il əvvəl ümidsizlik içində idi. Bu hal həyatında nəyinsə yolunda getmədiyini anlayana qədər davam edib.

O həmçinin asılılıq ilə mübarizə aparan hər kəsi alkoqolizmin müalicəsi üçün "12 addım proqramı" adlanan proqramdan keçməyə çağırıb.