Xalq artisti, Pantomima Teatrının yaradıcısı və baş rejissoru Bəxtiyar Xanızadəyə ağır itki üz verib.
Teleqraf.com xəbər verir ki, bu haqda Pantomima Teatrının direktoru Elman Rəfiyev sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, mərhumun üç mərasimi iyunun 4-də Şağan məscidində olacaq.
Xalq artistinin həyat yoldaşı Afət Xanızadə ağır xəstəlikdən əziyyət çəkib.