BAKI, 3 oktyabr. TELEQRAF
Bosniya və Herseqovina millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda İsveçlə heç-heçə edib.
Teleqraf xəbər verir ki, Zenitsa şəhərində keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
İsveç millisinin heyətində Viktor Gyökeres 61-ci dəqiqədə hesabı açıb. Bosniya və Herseqovinanın bərabərlik qolunu isə 80-ci dəqiqədə Kerim Alaybegoviç vurub.
Qarşılaşma Bosniya və Herseqovina millisinin hücumçusu Edin Cekonun yığmadakı son oyunu olub. 63 dəqiqə meydanda qalan futbolçu bununla milli karyerasını başa vurub.
Ceko Bosniya və Herseqovina millisinin həm keçirdiyi oyunların, həm də vurduğu qolların sayına görə rekordçusudur. O, yığmanın heyətində 152 oyuna çıxıb və 73 qol vurub.
III turdan sonra İsveç 7 xalla B Liqasının 4-cü qrupuna liderlik edir. Bosniya və Herseqovina 5 xalla ikinci, Polşa 4 xalla üçüncü, Rumıniya isə xalsız sonuncudur.
Növbəti turda İsveç oktyabrın 5-də səfərdə Rumıniya ilə qarşılaşacaq. Bosniya və Herseqovina isə həmin gün Polşanı qəbul edəcək.