Xalq artisti, rejissor Ağakişi Kazımov 86 yaşında dünyasını dəyişib.
Gənc Tamaşaçılar Teatrından Teleqraf.com-a daxil olan məlumata görə, xalq artisti bu gün vəfat edib:
"Ağakişi Kazımov uzun müddət xəstə idi, müalicə alırdı. Onun ölümünün COVİD-19-la əlaqəsi yoxdur".
Qeyd edək ki, Ağakişi Kazımov 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2000-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdü. Prezident təqaüdçüsü idi.