BAKI, 5 iyul. TELEQRAF
Futbol üzrə dünya çempionatında Fransa Paraqvayı məğlub edib.
Teleqraf xəbər verir ki, Filadelfiya stadionunda keçirilən 1/8 final mərhələsinin matçında fransalılar bir qol ilə qələbə qazanıblar.
Bu qələbə sayəsində 1/4 finala yüksələn Fransanın rəqibi Mərakeş millisi olacaq.
***
02:38
Futbol üzrə Paraqvay-Fransa oyununda ilk qol vurulub.
Teleqraf xəbər verir ki, avropalılar hesabda 1:0 irəli çıxıblar.
70-ci dəqiqədə Kilian Mbappe penalti zərbəsi ilə qol vurub.
***
01:56
Futbol üzrə dünya çempionatının Paraqvay-Fransa oyununda ilk hissə bitib.
Teleqraf xəbər verir ki, ilk hissədə qol vurulmayıb.
01:04
***
Futbol üzrə dünya çempionatının Paraqvay - Fransa oyunu başlayıb.
Teleqraf xəbər verir ki 1/8 final mərhələsinin matçı Filadelfiya stadionunda keçirilir.
Qarşılaşmanı özbəkistanlı FIFA referisi İlgiz Tantaşev idarə edir.