ZƏNGİLAN, 4 iyul. TELEQRAF
Zəngilan rayonunda faciəli hadisə baş verib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə Həkəri çayının rayonun Ağalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, 1962-ci il təvəllüdlü Həsənov Nüşrəvan Mehdi oğlu çayda çimərkən boğulub.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.