Ağdaşda kişi meyiti tapılıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Pirəzə kəndi ərazisində baş verib.

1954-cü il təvəllüdlü rayon sakini Bahadurov Güloğlan Rəşid oğlu yaşadığı Pirəzə kəndi ərazisində ölü vəziyyətdə aşikar edilib.

Faktla bağlı araşdırma aparılır.